Evdən külli miqdarda qızıl oğurlandı


12:31     25 Sentyabr 2019 qizil1.jpg

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.


Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki evlərin birindən 200 manat və 17500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 412