Bakıdakı kütləvi dava ilə bağlı YENİ DETALLAR


12:33     25 Sentyabr 2019 bicaq_elbeyaxa_00.jpg

Sabunçu qəsəbəsində baş verən bıçaqlanma hadisənin detalları müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Hadisəni törədən 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Sabunçu polis əməkdaşlarının əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.

Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.

Hər iki şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.(Lent.az)

Femida.az

Açar sözlər:

Oxunub: 2314