Bakıdakı kütləvi dava ilə bağlı YENİ DETALLAR
12:33 25 Sentyabr 2019

Sabunçu qəsəbəsində baş verən bıçaqlanma hadisənin detalları müəyyən olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Hadisəni törədən 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Sabunçu polis əməkdaşlarının əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.
Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.
Hər iki şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü(Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.(Lent.az)
Femida.az
Oxunub: 1574
Oxşar xəbərlər
- Bakıdakı dəhşətli qəza ilə bağlı rəsmi məlumat
- Bakıdakı məşhur dönərxanada araşdırma başladı
- Bakıdakı işıqforlarda "yaşıl dalğa" tətbiq ediləcək
- Bakıdakı yeni pulsuz çimərliklərdən - FOTOLAR
- Bakıdakı hosteldə əcnəbi vətəndaşı soydular
- Bakıdakı qəza ilə bağlı - Nazirlikdən açıqlama
- Bakıdakı avtobus qəzasının səbəbi açıqlandı
- Bakıdakı ağır qəzayla bağlı - Nazirlikdən açıqlama
- Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq
- Bakıdakı Avroliqa finalına biletlər satılmadı - 8 min bilet qaytarıldı