Dollar bahalaşdı


15:08     20 May 2015 dollar%20femida4.jpg

Bu gün mayın 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.


Femida.az-ın xəbərinə görə Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 20-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% bahalaşaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0289 manat və ya 2,41% ucuzlaşaraq 1,1680 manat olub.

Açar sözlər:

Oxunub: 643