Traktor aşdı, bir nəfər öldü


12:54     25 Sentyabr 2019 1426434315_teleqraf.com1426424414traktor-2.jpg

Sentyabrın 24-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 ağır yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.


Femida.az Daxili İşlər Nazirliyinə istinadla həmin hadisələrin təfərrüatlarını təqdim edir.

Ölümlə nəticələnən ilk hadisə Yevlax rayonu, Xanabad kəndi ərazisində baş verib. Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə M. Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Piyada ölümü ilə nəticələnən hadisə isə saat 10 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini V.Nəciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ziya Mirzəyevi vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ölümə səbəb olan digər hadisə Beyləqan rayonu, Təzəkənd kəndi ərazisində baş verib. Kənd sakini R.Məmmədov idarə etdiyi “Belarus” markalı traktoru aşırıb. Nəticədə sərnişini olan həmkəndlisi Sevdim Əkbərov hadisə yerində ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 448