Şamaxıda ağır yol qəzası


01:57     15 Noyabr 2015 qezaaa1.jpg

Şamaxıda yol nəqliyyat hadisəsi baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Şamaxı rayonu, Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobili toqquşub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 934