Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı


14:15     25 Sentyabr 2019 19_09_25_1569406645.jpg


Sentyabrın 24-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.


İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, bundan başqa, Bakı şəhəri 28 və 29 saylı Vəkil Bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.

Bundan əlavə, iclasda “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsinə sponsorluq edilməsi barədə müraciətinə baxılıb, Vəkillər Kollegiyasının qeyd olunan müsabiqəyə maliyyə dəstəyi göstərməsi qərara alınıb.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Femida.az

Açar sözlər: #vəkil   #Kollegiya  

Oxunub: 9373