İşaxtaran və işsiz vətəndaşların nəzərinə!


14:37     25 Sentyabr 2019 19_09_25_1569408041.jpg


Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabr ayından etibarən Hotellər və Restoranlar Assosiasiyası (DAİR) ilə birgə turizm, qonaqpərvərlik və xidmət sahələr üzrə peşə hazırlığı kurslarına müdavim qəbulunu elan edir.

Elan edilən peşə hazırlığı kursları aşağıdakılardırlar:

Aşpaz (Azərbaycan kulinariyası)

Qənnadçı

Ofisiant (banket və ziyafətlər üçün)

Ofisiant (yüksək kvalifikasiyalı)

Dağ turist marşrutları üzrə bələdçi

Ekskursiya bələdçisi

Qeydiyyatçı (mehmanxanada) / Receptionist

Konsyerj

Mehmanxana qapıcısı (belman)

Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner

Barmen


Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına qatılmaq üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində - turizm və qonaqpərvərlik biznesi müəsissələrində təcrübə keçməklə tədris ediləcək.

Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçiriləcəkdir.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar. İşaxtaranlar üçün təhsil ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.

Maraqlanan şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Xahiş edilir ki, seçdiyiniz peşənin adını elektron məktubun Mövzü bölməsində qeyd edəsiniz.

Əlaqə nömrəsi:

+99412 562 75 34 - Rəşad Muradov

+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075

Femida.az

Açar sözlər:

Oxunub: 693


Oxşar xəbərlər