Yevlax sakinindən 14,9 kiloqrama yaxın marixuana və ov tüfəngi götürülüb


14:46     25 Sentyabr 2019 19_09_25_1569408417.jpg


Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional və Yevlax Rayon Polis şöbələri əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Köyük kənd sakini İ.İbrahimovun evindən 14,9 kiloqrama yaxın marixuana və nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi, habelə evinin yaxınlığındakı meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1081