Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb


15:19     25 Sentyabr 2019 2019/09/f7f3ed8f-54dc-494a-80f5-e5d2855be5cd_1569410956.jpg

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR xarici ölkələri ilə 325,495 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.



Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,875 min dollar və yaxud 2,5% çoxdur.

Son 1 ildə muxtar respublikada ixracın dəyəri 570 min dollar və yaxud 0,2% artaraq 285,765 min dollar, idxalın dəyəri isə 7,305 min dollar və yaxud 22,5% artaraq 39,73 min dollar təşkil edib.

Son nəticədə 8 ay ərzində xarici ticarətdə 246,035 min dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,734 min dollar və yaxud 2,7% azdır.

Femida.az

Açar sözlər:

Oxunub: 184