AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib


18:20     25 Sentyabr 2019 akif_alizade.jpg

Sentyabrın 25-də AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə əvvəlcə AMEA-nın prezidenti Akif Əlizadə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medallarını, AMEA-nın Fəxri Fərmanları, AMEA-nın Xatirə nişanı və ”AMEA-nın professoru” diplomlarını təqdim edib. Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Azərbaycan muğamının musiqi brendi kimi milli dövlətçiliyimizin möhkəmləndiyi hazırkı epoxada müstəsna rolundan, milli identikliyin mühüm amillərindən biri kimi tanınmasından bəhs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 583