Paytaxtda sənaye istehsalı azalıb


17:01     25 Sentyabr 2019 senaye%20mehsulu%20istehsali.jpg

Bu ilin yanvar-avqust aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azalaraq 26,4 mlrd. manat təşkil edib.


Femida.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 80,5%-i mədənçıxarma, 17,5%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 83,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2019-cu il vəziyyətinə 226,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 64,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Femida.az

Açar sözlər:

Oxunub: 416