Türkiyədə bu saytlara giriş qadağan olunur


18:56     25 Sentyabr 2019 sayt%20huc.jpg

Türkiyədə lisenziyasız dərman satışı və reklamı ilə məşğul olan 3,7 min sayta giriş bağlanacaq.


Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca deyib.

Onun sözlərinə görə, saytlar ümumilikdə 6,3 milyon lirə məbləğində cərimələnib.

Nazir bildirib ki, bu saytlarda, əsasən, pəhriz məhsulları, eləcə də arıqlama vasitələri və həzmi yaxşılaşdırmaq üçün çaylar reklam olunur.

F.Koca əlavə edib ki, Türkiyədə lisenziyasız dərmanların satışı və reklamı ilə mübarizə gücləndiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 491