Güclü təsiredici maddə sifariş verdi, gömrük buraxmadı
17:20 25 Sentyabr 2019
Beynəlxalq poçt göndərişləri vasitəsilə tərkibində güclü təsiredici maddə olan dərman preparatının gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinin qarşısı alınıb.
Femida.az-a daxil olan məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Bakı şəhər sakini Həsən Səmədovun adına Honq Konqdan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada içərisində toz halında maddə olan və üzərində "ArchCafe Cappuccino Dua (Coconut Cappuccino)" sözləri yazılmış 1 ədəd kağız paket aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən paketin içərisində təmiz çəkisi 17,715 qram olan ağ rəngli toz şəkilli maddənin tərkibini stanolon (androstanolon) adlı dərman preparatı təşkil edir. Bu dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar edilən kütlədə təsiredici maddənin ümumi miqdarı 7,11 qramdır.
Beləliklə, gömrükçülər tərkibi stanolon (androstanolon) adlı dərman preparatından ibarət olan maddənin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә, yəni həmin maddəyə digər mal görüntüsü verilməklə, paketdə qablaşdırılmaqla keçirilməsinin qarşısını alıblar.
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü geomaqnit qasırğası gözlənilir
- Güclü külək Cəlilabadda ağacların bir qismini yolun hərəkət hissəsinə aşırıb
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq
- Güclü külək əsəcək
- Güclü külək əsəcək, intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
- Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama
- Güclü külək Bakıda 11 məktəbə ziyan vurub