Cəlilabadda "KamAZ" aşıb, xəsarət alan var


21:33     25 Sentyabr 2019 2019/09/6ffb6556-4e2a-4d66-b6ef-7b5660f1de3b_1569428933.jpg

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.

Belə ki, "KaMAZ" markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1230