Məmmədyarov Avropa Şurasının Baş katibi ilə görüşüb


09:09     26 Sentyabr 2019 2019/09/15694-1569474619_1569475337.jpg

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.


Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Mariya P.Buriçə Avropa Şurasının (AŞ) Baş katibi seçilməsi münasibətilə təbriklərini çatdırıb, onu hazırkı vəzifəsində Azərbaycana səfərə dəvət edib.

Görüşdə Azərbaycanın Avropa Şurası və onun institutları ilə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsindən razılıq ifadə olunub.

Nazir Elmar Məmmədyarov Avropa Şurasının Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu-Yorkda keçirilmiş son görüş barədə məlumat verib. Bu xüsusda, münaqişənin tezliklə sülh yolu ilə həlli, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də müzakirələr aparılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 151