Tərtər və Bərdə sakinlərindən sənədsiz silahlar götürülüb


09:15     26 Sentyabr 2019 silah.PNG

Tərtər rayonunun Səhləbad kənd sakini Ə.İsmayılovdan ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səhləbad kənd sakini Ə.İsmayılovun evindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda, Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamqulubəyli kənd sakini E.Salahovun evindən 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 361