Kürdəmirdə maşın aşıb, xəsarət alan var


09:25     26 Sentyabr 2019 qeza_yeni.jpg

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-TR-452 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 361