Zümrüd Yağmur Fuad Qəhrəmanlıdan boşanmaq istəyir - Bu gün məhkəmələridir


09:48     26 Sentyabr 2019 2019/09/zumrud_1569477351.jpg

Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi keçiriləcək.


Femida.az-ın xəbərinə görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi saat 10:20-də başlayacaq.

Məhkəmə iclasında nikahın ləğv olunması ilə bağlı iddia ərizəsi araşdırılacaq.

Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Məlum olub ki, bu təzyiqlərə görə, Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Femida.az

Açar sözlər:

Oxunub: 788