Bərdədə canavarlar kəndə hücum etdi: 16 qoyunu öldürdülər


10:43     26 Sentyabr 2019 19_09_26_1569480232.jpg

Bərdə rayonunun Məmmədli kəndində qoyunlara canavarlar hücum edib


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında qoyunların olduğu qapalı əraziyə soxulan vəhşi heyvanlar orda olan 16 qoyunu öldürüb, 28 qoyunu isə yaralayıb.

Hadisə Ziyad Allahverdiyevin təsərrüfatında baş verib.

Baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 420