Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi başladı


10:49     26 Sentyabr 2019 19_09_26_1569480720.jpg


Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi başlayıb.

Femida.az xəbər verir ki, Zümrüd Qəhrəmanlı 2019-cu 14 avqustda Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Fuad Qəhrəmanlıya qarşı nikahın pozulması və Sənay Qəhrəmanlının onun yanında qalması tələbinə dair iddia qaldırıb. Məhkəmənin hazırlıq iclası 2019-cu il 28 avqust tarixində keçirilib və baxış iclası 2019-cu il 26 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, ötən həftə F.qəhrəmanlının qızı Selcan Yağmur ailədaxili münaqişələr və atasının onlara işgəncə verməsi ilə bağlı məlumat yayıb. F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1101