İsmayıllıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb


11:21     26 Sentyabr 2019 19_09_26_1569482536.jpg

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın APA-nya istinadən xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı yolunda qeydə alınıb. "VAZ-21011" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobildə olan 5 nəfər Şəki sakinləri - 1959-cu il təvəllüdlü Qədirova Sürəyya Sarvan qızı, 1991-ci il təvəllüdlü Vahabova Aygün Hüseyn qızı, 1984-cü il təvəllüdlü Babayev İbrahim Tahir oğlu, 2015-ci il təvəllüdlü Vahabova Səyyarə İbrahim qızı və İsmayıllı sakini, 1984-cü il təvəllüdlü Həsənova Samirə Azər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 352