Naxçıvan və Göyçay sakinlərindən silah götürülüb


11:49     26 Sentyabr 2019 19_09_26_1569484206.jpg

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz silahlar aşkarlayıb.

DİN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müskürlü kənd sakini E.Fərzəliyevdən 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Şahbuz rayon sakini X.Quliyev tapdığı 1 ədəd “TOZ-8” markalı tüfəngi könüllü olaraq Naxçıvan Muxtar Respublikasının DİN-in Mühafizə Şöbəsinə təhvil verib.

Faktlarla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 479