“ARDNF-ın idarəetmədən gəlirləri 6,2 mlrd dollara çatıb” - Şahmar Mövsümov
12:05 26 Sentyabr 2019
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən bu günədək idarəetmədən gəlirləri 6,2 milyard dollar təşkil edib.
Femida.az xəbər verir ki, bunu Bakıda ARDNF-in təşkilatçılığı ilə keçirilən investisiyalara həsr edilmiş “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” konfransı çərçivəsində Fondun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib.
O qeyd edib ki, ARDNF-in aktivlərinin həcmi təxminən 42,5 milyard dollara yaxınlaşır.
“Dövlət Neft Fondu çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başladı, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirildi. Biz gələcəkdə də riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Burada sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin portfeldə artırılmasından söhbət gedir. Bu istiqamətdə daim düşünürük və bu barədə müvafiq təkliflər veriləcək”,- Ş.Mövsümov əlavə edib.
Fondun icraçı direktoru bu gün keçirilən tədbir barədə də məlumat verərək bildirib ki, ARDNF-in yaradılmasının 20 illiyi münasibətilə keçirilən bu tədbir böyük töhfədir. O qeyd edib ki, konfransda investisiyaların inkişafa müsbət təsirindən söhbət açılacaq və konfrans bu sahənin inkişafında böyük rol oynayacaq.
Femida.az
Oxunub: 481
Oxşar xəbərlər
- Prezident ARDNF-in büdcəsinin icrası haqqında qanunu imzalayıb
- ARDNF bu il AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqladı
- ARDNF 645 milyon dollar satdı
- ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə 3,8 milyard manat gəlir əldə edib
- ARDNF 9 ayda valyuta satışını 19,4 % artırıb
- Neft Fondu iyulda 515,5 milyon dollar satıb
- Neft Fondu bu yataqlardan 2,2 milyard dollar gəlir götürüb - 5 ayda
- ARDNF aktivlərini 2 milyard dollara yaxın artırıb
- ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- ARDNF AÇG və "Şahdəniz"dən nə qədər gəlir götürüb? - AÇIQLANDI