Ərdoğan: "Hindstanda inək əti yeyən müsəlmanlar öldürülürsə, biz də donuz əti yeyənlərimi öldürək?"


12:45     26 Sentyabr 2019 19_09_26_1569487554.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının tribunasından Hindistan və İsrailə qarşı kəskin tənqid səsləndirib.


Femida.az xəbər verir ki, Kəşmirdə inək əti yediklərinə görə öldürülən müsəlmanlardan danışan dövlət başçısı Hindistanı İslama və digə mədəniyyətlərə tolerant yanaşmağa çağırıb:

“Bu qəribə yanaşmadır. Öz ölkəsində yaşayan müsəlmanların dininə hörmət göstərmək lazımdır. Siz inək əti yediyinə görə müsəlmaları qətl edirsiniz. Biz də müsəlman ölkəsiyik. Donuz əti yediyinə görə, xristianları edammı edək?”.

Müsəlmanlara qarşı daha bir vəhşi münasibətin İsraildə sərgiləndiyini qeyd edən Ərdoğan bildirib.

“Mən baş nazir olarkən İsrailə səfər etdim. Ordan Fələstinə keçmək istədim. Məni sərhəddə yarım saat gözlətdilər. Bu İsrailin dövlət başçılarına olan münasibətidir.Sözə gəlincə qəhrəman, işə gəlincə isə yalançıdırlar”.

Açar sözlər:

Oxunub: 543