Tovuzda transformator məktəblini yandırdı


12:57     26 Sentyabr 2019 19_09_26_1569488276.jpg


Tovuz rayonunda azyaşlı transformatorda yanıb.

Hadisə rayonun Bozalqanlı kəndində baş verib.

Kənd sakini – 2007-ci il təvəllüdlü Əhmədov Kamil Telman oğlu oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub.

Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. / yeniçağ

Femida.az

Açar sözlər:

Oxunub: 520