Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var


13:23     26 Sentyabr 2019 publika.az1397292007qeza.jpg

Sumqayıtda zəncirvarı qəza baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. "Opel Zafira" markalı avtomobil qarşısında hərəkətdə olan "VAZ-21015" markalı avtomobilə dəyib. Zərbənin təsirindən "VAZ-21015" markalı avtomobil "Mercedes"ə çırpılıb. Yoldan çıxan "Mercedes" ağaclara dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 434