Fədayə Laçın 12-ci dəfə də məhkəməyə gətirilmədi


13:33     26 Sentyabr 2019 19_09_26_1569490432.jpg

Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan "Qoca" ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilməli idi.


Femida.az -ın verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun icraatında olan prosesin bu günkü iclası da təxirə salınıb.

Buna səbəb dustaqların məhkəməyə gətirilməməsidir. May ayından etibarən Bənu iş üzrə artıq 12-ci iclasdır ki, ard-arda təxirə salınır. Hər bir iclasda da qeyri-müəyyən səbəbdən dustaqlar məhkəməyə gətirilməyib.

Növbəti iclas sentyabrın 30-a təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı məhv edilib.

Açar sözlər:

Oxunub: 507