Ali Məhkəmə Meydan TV ilə bağlı qərarı ləğv etdi


13:46     26 Sentyabr 2019 19_09_26_1569490520.jpg

Ali Məhkəmə Meydan TV-nin saytına blok qoyulmasını nəzərdə tutan qərarı ləğv edib.

Femida.az -ın verdiyi xəbərə görə, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.

Səbail Rayon Məhkəməsi 2017-ci il mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbi ilə Azadlıq qəzeti, Azadlıq Radiosu, Azərbaycan Saatı proqramı, Turan TV-nin və Meydan TV-nin saytının bloklanmasına qərar vermişdi.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti rədd edib, Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.

Ali Məhkəmə kassasiya şikayətinə şikayətçinin nümayəndəsi olmadan baxıb. Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib.

Saytın bloklanması ilə bağlı qərara Apelyasiya Məhkəməsi yenidən baxacaq.

Açar sözlər:

Oxunub: 638