Vəkillər Kollegiyası pulsuz hüquqi yardımı davam etdirir


14:57     26 Sentyabr 2019 19_09_26_1569495538.jpg


Vəkillər Kollegiyası hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinə davam edir.

28 sentyabr 2019-cu ildə, "Faiq Nağıyev və partnyorları" və "Kredo" Vəkil Bürosu tərəfindən Neftçala rayonu, Heydər Əliyev Mərkəzində, saat 10:00-13:00-da Neftçala və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

Femida.az

Açar sözlər: #VK   #vəkil   #kollegiya   #pulsuz   #hüquqi   #yardım  

Oxunub: 1368