Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı


15:45     26 Sentyabr 2019 19_09_26_1569498269.jpg

Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçuların dünya çempionatında bu gün millimiz ilk medalı qazanıb.



Femida.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən iki cüdoçumuzdan Kamran Süleymanov finalda çıxış edib.

O, cüdonun vətəni Yaponiyanı təmsil edən Keici Suciokaya uduzaraq gümüş medalla kifayətlənib. Bakıda Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş digər idmançımız Turan Bayramov isə bürünc medal görüşündə Kamran Süleymanovun yarımfinalda məğlub etdiyi qırğız idmançıya uduzaraq əliboş qalıb.

Açar sözlər:

Oxunub: 515