Edama gəlinliklə gedən qatilin tükürpədici həyatı FOTO


18:55     26 Sentyabr 2019 19_09_26_1569501377.jpg

O silsilə qətllər törədən dünyanın ilk qadın qatilidir. Söhbət Lavinia Fişerdən gedir. Əslində onun əli bir nəfərin də olsa qanına batmayıb. Buna baxmayaraq Fişerin hekayəsi dünyanın ən qorxulu hekayələrindən biri hesab edilir.



XVIII əsrdə Amerikada yaşayan Fişer həyat yoldaşı Coş ilə "The Six Mile Wayfarer House" adlı otel işlədib. Cütlüyün qurbanları isə adətən yaşadıqları qəsəbəyə ilk dəfə gələn şəxslər olublar. İlk olaraq Lavinia qonaqları keyləşdirici çaya qonaq edirdi. Bundan sonra onlar otaqlarına gedərək çarpayıda dincəlmək istəyirdilər. Lakin bu zaman onun hazırlamış olduğu xüsusi sistem işə düşür və qonaq çarpayıdan birbaşa zirzəmiyə düşürmüş. Zirzəmidə isə onları əlində balta olan Coş Fişer gözləyirdi.

Oteldə qalan qonaqların sirli şəkildə itməsi polislərin də diqqətindən qaçmayıb. Lakin əllərində sübut olmayan polislər heç nə edə bilməyiblər. Silsilə cinayətlərin üstünü açan Con Peeples - çaydan nifrət edən şəxs olub. O, Lavinianın təklif etdiyi çayı kobudluq etməmək üçün dibçəyin dibinə töküb. Ər-arvadın davranışlarındna narahat olan qonaq həmin gecə çarpayı əvəzinə divanda yatır. Bu zaman o yatağın altındakı mexanizmin açıldığını görür. Pəncərədən çıxaraq qaçan kişi dərhal polislərə məlumat verir.

Polis itən onaqların əvvəl əşyalarını sonra isə otel ərazisindəki qalıqlarını tapır. Bundan sonra cütlüyün "Old City Jail" həbsxnasında edamına qərar verilir.

Bu dövrdə evli qadınların asılması qadağan olub. Bunu əsas gətirən Lavinia edamdan yayınmaq istəyib. Lakin hakimlər ilk olaraq onun ərini edam edirlər. Bununla da onlarla insanın ölümündə əli olan qadın dul qalır və edam edilməmək üçün heç bir bəhanə tapa bilmir. Lavinia edam günü gəlinlik geyinir. O, ölümdən qaçmaq üçün bu yolla edama gələnlərdən kimisə gözəlliyi ilə heyran edib evlənəcəyinə ümid edir. Lakin qatil qadınla münasibət qurmaq istəyən tapılmır. Çayla qurbanlarını keyləşdirən qadının son sözləri isə bu olur: "Cəhənnəmə göndərmək istədiyiniz bir mesajınız varsa mən çatdıraram"

Açar sözlər:

Oxunub: 877


Oxşar xəbərlər