İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı - VİDEO


17:38     26 Sentyabr 2019 19_09_26_1569505115.jpg


İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birinin minarəsi dağılıb.


Femida.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, yeraltı təkanlar 5,8 bal gücündə olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Hazırda məktəblərdə dərslərin dayandırıldığı bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə hələlik məlumat yoxdur. Mobil operatorların işində problemlər yaranıb.

Sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı.


Femida.az

Açar sözlər:

Oxunub: 511