Göyçayda maşın inəyi vuraraq öldürüb


21:59     26 Sentyabr 2019 qezaa%20masin.PNG

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 208-ci kilometrliyində, Göyçay və İsmayıllı rayonlarının kəsişməsində qeydə alınıb.

23-BG-654 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən sürücü qaranlıq havada yolun ortasında hərəkət edən inəyi görmədiyi üçün qəza törədib. Avtomobilin vurduğu inək ölüb. Avtomobilin ön hissəsi əzilərək yararsız hala düşüb. İnəyin sahibi məlum olmasa da, sürücü avtomobilə dəyən ziyanın ödənilməsini tələb edib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 485