Yasamalda kişini bıçaqladılar


09:24     27 Sentyabr 2019 19_09_27_1569561919.jpg

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az xəbər verir ki, Tibb Texnikumunun yaxınlığında Burciyev Orxan Qurban oğlu bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona ayağın kəsilmiş-deşilmiş yarası, sağ gözün gözüstü nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 327