Hadi Rəcəbli: "Bazara gedirəm, qiymətlər məni qane edir" (VİDEO)


09:47     27 Sentyabr 2019 19_09_27_1569563242.jpg

İctimai Televiziyanın “3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin qonağı Milli Məclisin Sosial siyasətinə rəhbərlik edən Hadi Rəcəbli olub.



Femida.az xəbər verir ki, verilişdə deputata gözlənilməz suallar ünvanlanıb.

Millət vəkili isə suallara cavab verməyə çalışıb. Aparıcının "Sizi sosial şəbəkədə niyə söyürlər" sualı isə Hadi Rəcəblini təəccübləndirib.

Deputat "Təkcə məni söyürlər?" deyərək əslində sosial şəbəkələrdə çox böyük aqresiya olduğunu qeyd edib. Hadı Rəcəbli həmçinin dediklərinin təhrif olunduğunu bildirib.

Verilişdə digər maraqlı məqamlara da toxunulub. Aparıcı deputata "bazara gedirsinizmi?" sualı ilə müraciət edib. Deputat bazara getdiyini və təxribat yönümlü suallar verməməyi xahiş edib.

Sözügedən verlişi təqdim edirik:




Açar sözlər: #Hadi_Rəcəbli   #video  

Oxunub: 4669