ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərəcək


10:37     27 Sentyabr 2019 19_09_27_1569566243.jpg


1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibəti ilə görkəmli yazıçı Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsəri əsasında hazırlanmış "Sığorta əhvalatı" tamaşası səhnələşdiriləcək.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq səhnə əsərinin iştirakçıları “ASAN xidmət”in təqaüdçü könüllüləri, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləridirlər.

Tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır.

Femida.az

Açar sözlər: #ASAN  

Oxunub: 693