Bakıda bomba həyəcanı - AXTARIŞ APARILDI


17:06     15 Noyabr 2015 polis%20bomba.jpg

Faktla bağlı araşdırma aparılır.


Bakının Yasamal rayonunda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı polisə anonim zəng daxil olub.

Femida.az xəbər verir ki, zəng edən şəxs Zivərbəy Əhmədbəyov klüçəsindəki binalardan birinə partlayıcı yerləşdirilməsi ilə bağlı informasiya verib. Dərhal ərazi üzrə polis bölməsi və müvafiq orqanlar məlumatlandırılıb və qeyd edilən ərazidə axtarış aparılıb.

Axtarış nəticəsində həmin ünvanda partlayıcı qurğu və ya digər təhlükəli əşya tapılmayıb.

İlkin araşdırma nəticəsində anonim zəngin elə Z.Əhmədbəyov küçəsindəki taksafondan edildiyi üzə çıxıb./lent.az/

Araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 841