DİN Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb


11:26     27 Sentyabr 2019 2019/09/69ee8bfe-00c0-4444-bbe0-1d264ae5e141_1569569187.jpg

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.


DİN Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, sentyabrın 25-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdaərisinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 283