Xırdalan sakinini sosial şəbəkədə şantaj edən şəxs saxlanılıb


11:37     27 Sentyabr 2019 hebs5.jpg

Xırdalan sakinini şantaj edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanııb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 371