Ruhani ABŞ-la danışıqların şərtini açıqladı
11:59 27 Sentyabr 2019
"Prezident Donald Tramp sanksiyaları ləğv edib, Tehrana qarşı maksimum təzyiq siyasətini dayandıracağı təqdirdə İran ABŞ ilə danışıqlar aparacaq"
Femida.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
"ABŞ-ın ilkin şərti bundan ibarətdir ki, əvvəlcə İran xalqına qarşı sanksiyalar reallaşdırılmalı, maksimum təzyiq göstərilməli, daha sonra danışıqlara başlana bilər. Biz deyirik ki, bu yanlış şərtdir. Belə şərt danışıqlar masasından yığışdırılmalıdır. Əgər biz ilkin şərtlərin ləğv olunduğu ana qədər yaşasaq, təbii ki ABŞ-la danışıqlar üçün imkan yaranacaq", - deyə Ruhani vurğulayıb.
Oxunub: 464
Oxşar xəbərlər
- Ruhani İranın yeni prezidentini təbrik edib
- Ruhani Baydenə müraciət etdi - Bütün səhvləri düzəldin
- Ruhani Putinə zəng etdi
- Ruhaninin şərəfinə fəxri qarovul dəstəsi düzüldü
- Ruhani Azərbaycana gəlir
- Ruhani Ermənistana gedir
- Ruhani sabah Ermənistana gedəcək
- Ruhani Ankaradadır
- Ruhani Türkiyəyə gedir
- Ruhaninin eks-müşaviri edam ediləcək