Lerikdə 20 gün əvvəl arvadının başını kəsən şəxs həbsdə ölüb


12:00     27 Sentyabr 2019 19_09_27_1569571296.jpg

Bakıda məhbus ölüb.



Femida.az -ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Lerik sakini, 1973-cü il təvəllüdlü Yəhyayev Zaur Xanağa oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Zaur Yəhyayev bu ilin sentyabrın 7-də həyat yoldaşı, 1976-cı il təvəllüdlü Yəhyayeva Cəvahir Güloğlan qızının başını kəsərək qətlə yetirib. Arvadının başını kəsərək, onu amansızlıqla öldürən Zaur Yəhyayev daha sonra özünə bıçaqla çoxlu xəsarət yetirib.

Açar sözlər:

Oxunub: 580