Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir


20:49     27 Sentyabr 2019 1450100755_bakubus_0124.jpg

Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.

Bu barədə Femida.az-qBakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb aparılan təmir işləridir: "Ona görə də 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək hərəkət istiqaməti dəyişdiriləcək. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 374