Bakıda ağır qəza baş verib (VİDEO)


09:49     28 Sentyabr 2019 19_09_28_1569649775.jpg

Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub.


APA xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, Təbriz küçəsində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq sağa dönmə əməliyyatı edib. Bu zaman əks yolda hərəkətdə olan və Faiq Ağayevin idarə etdiyi "Nissan" markalı nəqliyyat vasitəsi ona çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sürücü F.Ağayev aktyor Elcan Rəsulovun prodüseridir.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 2578