Gəncədə mindən çox abonentin qazı kəsilib


11:46     28 Sentyabr 2019 19_09_28_1569656806.jpg

Gəncə şəhərinin T.Arani küçəsində su xətlərinin çəkilişi ilə məşğul olan təşkilata məxsus texnika qazıntı işləri apararkən diametri 110 millimetrlik qaz xəttini zədələyib.
Femida.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, səhər saatlarından həmin ərazidə mindən çox abonentin qaz təminatı dayandırılıb. Qaz təchizatının saat 12:00 radələrində bərpası planlaşdırılır.

Açar sözlər:

Oxunub: 338