ABŞ İran nazirini ölüm ayağında olan səfirin yanına buraxmadı

ABŞ İran nazirini ölüm ayağında olan səfirin yanına buraxmadı


16:13     28 Sentyabr 2019 19_09_28_1569659641.jpg


ABŞ hakimiyyəti İran xarici işlər nazirinin bu ölkənin BMT-dəki daimi nümayəndəsi, Nyu-York xəstəxanasında xərçəngdən müalicə olunan səfir Məcid Taxt-Rəvançiyə baş çəkməsinə icazə verməyib.


Femida.az xəbər verir ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən Məhəmməd Cavad Zərifin hərəkəti məhdudlaşdırılıb. Çünki ABŞ ona qarşı sanksiyalar tətbiq edib. İran nazirinə ancaq qaldığı otelin və ölkəsinin BMT-dəki daimi nümayəndəliyinin hüdudları çərçivəsində hərəkət etməyə icazə verilib.

Məlumata görə İran tərəfi əvvəlcədən Cavad Zərifin Nyu-York xəstəxanalarından birində müalicə alan səfirə baş çəkməsinə icazə verilməsi üçün ABŞ-a sorğu göndərib. Lakin Amerika tərəfi şərt irəli sürüb, bildirib ki, belə icazənin verilməsi üçün İranda həbsdə olan bir ABŞ vətəndaşı azad edilməlidir. İran tərəfi isə bu şərtlə razılaşmayıb.

Bu arada İran prezidenti Həsən Ruhani bəyan edib ki, Tehran BMT-nin mənzil-qərargahının başqa ölkəyə keçirilməsinə tərəfdardır və əgər belə təşəbbüs irəli sürülsə ölkəsi onu dəsəkləyəcək.

Femida.az

Açar sözlər: #İran  

Oxunub: 150