Ağcabədidə balıq tutan kişini cərəyan vurub


12:59     28 Sentyabr 2019 19_09_28_1569660106.jpg

Ağcabədidə 60 yaşlı kişi faciəvi şəkildə ölüb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun İsmət Qayıbov küçəsində baş verib.

1949-cu il təvəllüdlü Elman Həsənalıyev yaşadığı evin həyətindən keçən su arxından elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan onu cərəyan vuraraq arxın içinə yıxılıb. Qardaşı Həsən Həsənalıyev onun meyitini arxdan tapıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 145