Gürcüstan hava yolları Rusiyaya uçuşları bərpa etmək istəyir


13:27     28 Sentyabr 2019 2019/09/7de09b78-6ff5-448b-9753-a751632359c9_1569662937.jpg

“Gürcüstan hava yolları” şirkəti Gürcüstan və Rusiya arasında birbaşa aviauçuşların bərpasının tərəfdarıdır.


Bu barədə şirkətin baş direktoru Roman Bokerianın yaydığı bəyanatda bildirilib.

Sənəddə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstanla birbaşa uçuşlara tətbiq olunan qadağanan aradan qaldırılmasının mümkünlüyü ilə bağlı bəyanatı alqışlanıb: “Hesab edirik ki, iki ölkə arasında uçuşlar beynəlxalq sazişə uyğun olaraq bərpa edilməlidir. Sənədin müddəalarına əsasən, Rusiya iki ölkə arasında müntəzəm hava əlaqəsini birtəfərli qaydada və əsassız olaraq dayandırmamalıdır”.

Bəyanatda qeyd olunub ki, Rusiyaya uçuşların qadağan olunması “Gürcüstan hava yolları”na likvidliklə bağlı problem yaradır və şirkəti müflisləşmə ilə üz-üzə qoyur.

Qeyd edək ki, bu yaxınlarda S.Lavrov “Kommersant” nəşrinə müsahibəsində Rusiya və Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpasının düzgün olacağını bildirib. İki ölkə arasında birbaşa aviauçuşlar bu il iyulun 8-dən etibarən dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3147