Apple sevənlərə müjdə: iPhone 11 batareyası ən dözümlü smartfon oldu


17:22     28 Sentyabr 2019 19_09_28_1569665111.jpg

Apple hər zaman smartfonlarının batareyalarına görə mübahisələrə səbəb olur. Məlum olduğu kimi iPhone-ların ixtiraçıları yeni smartfonların təqdimetmə mərasimi keçirilməyənə qədər batareyalarının tutumunu açıqlamırlar. Onlar smartfonun başqa özəlliklərinə diqqəti cəlb edərək, flaqmanın məşhur “eybini” qıraqda qoyurlar.


Apple-ın budəfəki məqsədi ideal smartfon yaratmaq oldu.

Femida.az TED.az-a istinadən xəbər verir ki, 11 nömrəli smartfonlar nəhayət 3046 mAh, 3190 mAh və 3969 mAh tutumlu batareyalara sahib olublar. Həmin rəqəmlər, nəzəri cəhətdən baxsaq, rəqib markalı smartfonların batareya tutumunundan azdır, lakin təqdim edəcəyimiz müstəqil testin nəticələri nəzəriyyə ilə təcrübənin fərqliliyini göstərir.

Youtube-dakı “Mrwhosetheboss” kanalı yeni nəsil flaqmanların batareyalarını müqayisə edib.

Testdə gündəlik istifadə zamanı qarşılaşacaqları “yük”ə məruz qalan batareyaların işləmə müddəti yoxlanılıb: hər bir batareyanın vəziyyəti izlənilərək müxtəlif oyunlar, kameralar, veb-brauzer və sair tətbiqlər işə salınıb.

Bu döyüşdə mobil bazarın liderləri bir araya gəliblər – Huawei Mate 30 Pro, son üç iPhone modelləri və Samsung Galaxy Note 10+.

Onların batareyalarının tutumu aşağıdakı kimidir:

Mate 30 Pro - 4500 mAh

iPhone 11 Pro Max - 3969 mAh

iPhone 11 Pro - 3190 mAh

iPhone 11 - 3046 mAh

Galaxy Note 10+ - 4300 mAh

Bir neçə saat davam edən testin şübhəsiz qalibi ümumi 8 saat 32 dəqiqə işləyən iPhone 11 Pro Max olub.

Bu nəticə, iOS 13-ün optimallaşdırılması və Apple A13 Bionic prosessorunun enerjiyə qənaət edən xüsusiyyəti sayəsində əldə olunub.

İkinci yerin sahibi Huawei Mate 30 Pro olub. Onun nəticəsi 8 saat 13 dəqiqədir. Çin flaqmanın batareya tutumu 500 mAh-dan çox olmasına baxmayaraq, amerikalı rəqibinə demək olar ki, 20 dəqiqə ilə birinciliyi bəxş edib.

Daha sonraki yerlər aşağıdakı kimi paylanıb: iPhone 11 Pro (6 saat 42 dəqiqə), Galaxy Note 10+ (6 saat 31 dəqiqə) və iPhone 11 (5 saat 2 dəqiqə).

Bu il və keçənilki iPhone-ların nəticələrində ciddi bir fərq olduğunu qeyd etmək lazımdır – 2018-ci ildə ən ucuz iPhone XR uzunmüddətli işi ilə diqqəti cəlb edib, bu il isə yüksək nəticələri Apple-ın ən bahalı telefonu əldə edib.

Ən bahalı iPhone-nun daha əvvəl görülməmiş güclü batareyası Apple-ın çox doğru istiqamətə getdiyinin əlamətidir.

Femida.az

Açar sözlər:

Oxunub: 763