7 evdən oğurluq edən şəxs tutuldu


14:50     28 Sentyabr 2019

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan T.Paşayev saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu il yanvar-iyun ayları ərzində rayon ərazisində daha 6 evdən və 3 avtomobildən pul, inşaat materialları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 291